Bakıda istirahət mərkəzində ölən var

Bakıda istirahət mərkəzində ölüm hadisəsi baş verib.

 

APA TV xəbər verir ki, dünən Səbail rayonu Şıx qəsəbəsində yerləşən “Dostluq” istirahət mərkəzində paytaxt sakini, 32 yaşlı Pərviz Kazım oğlu Sultanov ölüb.
 

Bir çox xəbər saytlarının yaydığı məlumata görə, mərhum hovuzda çimərkən boğulub. Hadisənin necə baş verdiyini öyrənmək üçün istirahət mərkəzinin meneceri ilə əlaqə saxladıq. Menecer Ümid Quliyev bildirdi ki, mərhum hovuzda çimdikdən bir neçə dəqiqə sonra günəşlənərkən vəfat edib.

 

İlkin araşdırmalar zamanı Pərviz Sultanovun həqiqətən də epilepsiya xəstəsi olduğu məlum olub.

 

Faktla bağlı araşdırma aparılır.

Semral Cavad
APA TV

Müəllif | Apa.Tv
Apa.tv