2 tələbəni vurub öldürən “KamAZ”ın sürücüsü saxlanılıb

Bakının Binəqədi rayonunda ağır yol qəzası baş verib.

APA TV-nin məlumatına görə, avtoqəza daş bazarı yaxınlığında, "Dörd yol" deyilən ərazidə qeydə alınıb.

Hadisə yerinə cəlb olunmuş YPX müfəttişlərinin bildirdiyinə görə, “KamAZ” markalı yük maşını Biləcəri qəsəbəsi istiqamətində hərəkətdə olarkən yolu keçmək istəyən tələbə qız və oğlanı vurub.

 Hər iki tələbə maşının altında qalaraq dünyasını dəyişib.

Şahidləri küçədə işığın və piyada keçidinin olmamasından şikayətlənir

Hadisə ilə əlaqədar araşdırmalara başlanılıb. Yük maşınının sürücüsü saxlanılıb.

Müəllif | Apa.Tv
Apa.tv