Bakıda kanalizasiya quyularının qapaqlarını oğurlayan şəxs saxlanılıb
Bakının Nizami rayonunda kanalizasiya quyularının qapaqlarını oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən APA TV-yə verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində oğurluq etməkdə şübhəli bilinən paytaxt sakini Lətifxan Musayev tutulub. Araşdırma zamanı onun Keşlə qəsəbəsi ərazisində 5 kanalizasiya quyusunun qapağını oğurladığı müəyyən edilib. Saxlanılan zaman L.Musayevin üzərindən 1 bükün psixotrop maddə olan metamfetamin də aşkar edilib.
Qeyd edilən faktlarla cinayət işi başlanılıb.