Bakıda karantin qaydalarını pozan kafe aşkar edildi

Sabunçu rayonu Bakıxanov qəsəbəsində xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən kafe aşkar edilib.

 

DİN mətbuat xidmətindən APA TV-yə verilən xəbərə görə, rayon Polis İdarəsi və 13-cü Polis Bölməsi əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Ərəblinski 1A ünvanında yerləşən, paytaxt sakini Elmin Məmmədova məxsus “Furqan”  kafesinin işlədiyi məlum olub. Obyektə baxış zamanı ümumilikdə 7 nəfərin xüsusi karantin qaydalarını pozaraq orada olduqları aşkar edilib. Obyektin sahibi Elmin Məmmədov və müştərilər saxlanılaraq Polis Bölməsinə gətiriliblər.

 

Xüsusi karantin qaydalarını pozan müştərilər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülüb və onlar ciddi şəkildə cəzalandırılıblar. Kafe sahibinin törətdiyi karantin pozuntusuna hüquqi qiymət verilməsi üçün toplanan materiallar isə Sabunçu Rayon Məhkəməsinə təqdim edilib. 

Müəllif | Apa.Tv
Apa.tv