Bakıda karantini pozan bərbər salonu aşkar edildi

Səbail rayonunda xüsusi karantin qaydalarına zidd olaraq fəaliyyət göstərən bərbər salonu aşkar edilib.

 

DİN mətbuat xidmətindən APA TV-yə verilən xəbərə görə, Polis İdarəsinin 8-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbir zamanı 20-ci sahə adlanan ərazidə Əmrah Əhmədova məxsus kişi salonunun qanunsuz olaraq karantin dövründə işlədiyi məlum olub. Obyektə baxış zamanı sahibi və 1 nəfər müştəri aşkar olunaraq Polis Bölməsinə gətirilib.

 

Qeyd edək ki, xüsusi karantin qaydalarını pozan obyekt sahibi və müştərilər inzibati qaydada  cəzalandırılıblar.

Müəllif | Apa.Tv
Apa.tv