Bakıda karantini pozan kafe aşkar edildi, 6 nəfər saxlanılaraq cərimələndi
Binəqədidə yerləşən “Kəndimiz” adlı kafenin xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərdiyi aşkar edilib.
DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı kafedə karantin qaydalarını pozan 6 nəfər saxlanılaraq Polis Bölməsinə gətiriliblər.
Xüsusi karantin qaydalarını pozan şəxslər 100 manat cərimə ediliblər.
Obyektin sahibinin şəxsiyyətinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.