Bakıda keçmiş məhkum 4 kiloqram narkotiklə tutuldu

Paytaxtda narkotacirdən 4 kiloqramdan artıq narkotik vasitə aşkar olunub.

 

DİN mətbuat xidmətindən APA TV-yə verilən xəbərə görə, Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbiri nəticəsində paytaxt sakini, əvvəllər məhkum olunmuş Ramil Quliyev saxlanılıb.

 

Onun üzərində şəxsi axtarış aparılan zaman 3 kiloqram 110 qram heroin, 1 kiloqram 105 qram marixuana və 180 ədəd satışı qadağan edilən psixotrop tərkibli  “Preqabalin”  həbi aşkar olunaraq götürülüb.

 

Araşdırma zamanı müəyyən olunub ki, Ramil Quliyev adı istintaqa məlum olmayan İran vətəndaşının tapşırığı ilə qanunsuz yollarla Azərbaycan ərazisinə keçirilən külli miqdarda narkotik vasitələri satmaq məqsədi ilə əldə edib.

 

Faktla bağlı cinayət işi başlanılıb, adları çəkilən şəxs tutularaq istintaqa təqdim olunub. 

 

 

Müəllif | Apa.Tv
Apa.tv