Bakıda kəpənəklər niyə artıb?

Bakıda kəpənəklər kəskin artıb.

 

APA TV xəbər verir ki, paytaxt və ətraf kənlərdə bir neçə gündür kiçik ölçülü kəpənəklər insanların rahatçılığını pozub. Zabrat qəsəbə sakinləri deyir ki, xüsusən gecə və axşam saatlarında kiçik ölçülü kəpənəklər evlərin pəncərələrinə, su axan yerlərə və yaşıllıqlara qonurlar. Sakinlər deyir əvvəl ciddiyə almasaq da sonradan çoxaldığının şahidi olduq.

 

- Evlərə, pəncərələrə qonurlar. Bura ilə yuxarı getsəniz doludur. Hamısı qaçır bax belə. 2, 3 gündür mən görmüşəm. Axşam gəlinimdən soruşuram ki bu nədir? Deyir kəpənəkdir.

 

- Ağ balaca kəpənəklərdi. 3, 4 gün bundan qabaq var idi. İndi yenə var. Evlərdə çox olur. Üzüm yetişdirilən yerlərdə də olur.

 

- Xırda   kəpənəklərdi. Hafa oxşayır. Həm də çoxdur. Yayılıb.

 

AMEA Zoologiya İnstitutunun dosenti, biologiya üzrə fəlsəfə doktoru Səkinə Hacıyeva açıqlamasında bildirib ki, bu kəpənəklər çəmən odlucasıdır ki, bəzi illərdə yüzlərlə yumurta qoyur və sayları artır. Səkinə  Hacıyeva bildirib ki, bu kəpənəklər kənd təsərrüfatı bitkiləri ilə qidalanır, qoyduqları yumurtalar isə qışlamaya gedərsə, gələn il yenidən arta bilər. Səkinə Hacıyeva kəpənəklərin məhv edilməli olduğunu bildirib.

“Belə hallarda Zoologiya İnstitutu Kənd Təsərrüfatı Nazirliyi ilə birgə mübarizə tədbirləri hazırlayır. Bu kəpənəklər ən çox bir həftə yaşayırlar, onların yumurta qoyduğu yerləri dərmanlamaq lazımdır ki, qışlamaya getməsinlər” - deyə o qeyd edib.

 

 

 

Xələf Xələfov

Xəqani Hüseynov

APA TV

 

Müəllif | Apa.Tv
Apa.tv