Bakıda kirayədə yaşadığı mənzildən 6 kq heroin tapıldı
Yardımlı sakininin Bakıda kirayədə yaşadığı mənzildən 6 kiloqram heroin aşkarlanıb.
APA TV-nin cənub bürosunun verdiyi xəbərə görə, narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş Yardımlı rayon sakini Rüstəm Ağayev Baş Narkotiklərlə Mübarizə İdarəsinin və Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən paytaxtın Nizami rayonu ərazisində saxlanılıb.
Onun kirayədə yaşadığı mənzilə keçirilən baxış zamanı oradan 6 kiloqram 480 qram narkotik vasitə olan heroin və 105 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb. Rüstəm Ağayevin həmin narkotik vasitəni Şəhruz adlı İran vətəndaşı vasitəsilə əldə etdiyi müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
Tural Kərimov
Rövşən Əzimov
APA TV, Yardımlı