Bakıda kişi maşını ilə birgə YOXA ÇIXDI

Bakıda kişi itkin düşüb.

 

APA TV Lent.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Qaradağ rayonu Lökbatan qəsəbəsində baş verib. 32 yaşlı qəsəbə sakini Musa Babayev mayın 29-u səhər saatlarında özünə məxsus “Khazar” markalı avtomobillə yaşadığı evdən gedərək itkin düşüb. Bundan sonra onunla əlaqə saxlamaq mümkün olmayıb.

 

Yaxınları Musa Babayevin itkin düşməsi ilə bağlı polisə müraciət ediblər.

 

Hazırda onun tapılması üçün əməliyyat-axtarış tədbirləri keçirilir.

Müəllif | Apa.Tv
Apa.tv