Bakıda küçədə kişi müəmmalı vəziyyətdə ölüb
Gecə saatlarında paytaxtın Yasamal rayonunda ölüm hadisəsi baş verib. Belə ki, Akim Abbasov küçəsində səkidə meyid aşkarlanıb. Həmin küçədən keçənlər dərhal 103 çağrı mərkəzinə məlumat verib. Əraziyə gələn Təcili Tibbi Yardım Xidmətinin əməkdaşları həmin şəxsin müəmmalı səbəbdən öldüyünü bildirib. Aidiyyatı üzrə əraziyə Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin əməkdaşları gəlib. Əvvəlcə meyidin üzərinə polis tərəfindən baxış keçirilib. Üzərində olan mobil telefon vasitəsilə həyat yoldaşına məlumat verilib. Məlum olub ki, ölən şəxs 1951-ci il təvəllüdlü Mövsumov İnqilab İbrahim oğludur. O, yaxınlıqdakı iaşə obyektlərinin birində aşbaz kimi fəaliyyət göstərirmiş. Əraziyə mərhumun həyat yoldaşı gəlib. Polisin bizə verdiyi məlumata görə, ölüm səbəbi meyit məhkəmə tibbi ekspertiza və Patoloji anatomoiya birliyinə təhvil veriləcək. Yalnız aparılacaq müayinə işlərindən sonra dəqiq ölüm səbəbi məlum olacaq. Yasamal Rayon Prokurorluğunun əməkdaşları ərazidə olan kameranın lenta aldığı görüntüləri incələyəcək. Prokurorluqdan verilən məlumata görə, ölümün dəqiq səbəbləri məlum olduqdan sonra məlumat veriləcək. Hazırda fakt üzrə araşdırma aparılır.