Bakıda küçənin ortasında qan donduran hadisə - ANBAAN GÖRÜNTÜLƏR

Sosial şəbəkələrdə Bakıda kişinin küçənin ortasında ölümcül döyüldüyünü əks etdirən video yayılıb. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov APA TV-nin sorğusuna cavab olaraq bildirib ki, hadisə avqustun ikisində gecə saatlarında paytaxtın Nəsimi rayonunda üçüncü mikrorayon dairəsi deyilən ərazinin yaxınlığında qeydə alınıb. Əməldə şübhəli bilinən 1991-ci il təvəllüdlü Sahib Xəlilli müəyyən olunaraq saxlanılıb. O, istintaqa təhvil verilib. Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 126-cı maddəsi ilə cinayət işi başlanılıb. İstintaq hərəkətləri davam etdirilir. Qeyd edək ki, hadisə zamanı döyülən şəxs xəstəxanaya yerləşdirilib.

Müəllif | Apa.Tv
Apa.tv