Bakıda kuryerin velosipedini oğurladılar

Bakıda velosiped oğurlanıb.

 

APA TV Lent.az-a istinadən xəbər verir ki, hadisə Dəmiryol vağzalında qeydə alınıb. Buradakı restoranlardan birində kuryer kimi çalışan Elməddin Həsənovun vağzalın qarşısına qoyduğu velosipedi naməlum iki nəfər oğurlayıb.

 

Elməddin Həsənovun sözlərinə görə, restorana qalxıb sifariş götürüb qayıtdıqdan sonra velosipedin oğurlandığını görüb.

 

Müəllif | Apa.Tv
Apa.tv