Bakıda marketdə kütləvi zəhərlənmə - 28 NƏFƏR XƏSTƏXANALIQ OLDU

Bakıda marketdə kütləvi zəhərlənmə olub.

 

APA-nın əldə etdiyi xəbərə görə, hadisə Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən "Bolmart" supermarketdə qeydə alınıb.

 

Mağazada 28 nəfər zəhərlənib.

 

TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Nəsimi rayonu, Səməd Vurğun küçəsi 79 D ünvanından zəhərlənmə səbəbi ilə Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına daxil olan müraciət əsasında 14 nəfərə yerində tibbi yardım göstərilib, 14 nəfər isə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub.

 

Qeyd olunub ki, xəstəxanaya yerləşdirilənlərə zəruri tibbi yardım göstərilib, ambulator müalicə üçün artıq evə buraxılıblar.

 

Faktla bağlı Nəsimi rayon Polis İdarəsində araşdırma aparılır, zəhərlənmənin səbəbləri araşdırılır.

 

Müəllif | Apa.Tv
Apa.tv