Bakıda marşrutdan yıxılan qadın avtomobilin altında qaldı

Abşeron rayon Hökməli qəsəbəsində yol nəqliyyat hadisəsi baş verib.

 

APA TV xəbər verir ki, qəza “Hökməli” dairəsinin yaxınlığında qeydə alınıb.

 

Belə ki, 114 A marşrut xətti ilə hərəkət edən avtobusda olan qadın sərnişin nəqliyyat vasitəsində yıxılıb. Nəticədə o, digər zolaqla hərəkət edən “Mercedes” markalı avtomobilin altında qalıb. Hadisə şahidlərinin bildirdiyinə görə, avtobusun qapısı açıq olduğundan qadın yıxılıb.

 

Xəsarət alan qadın hadisə yerinə cəlb edilmiş Dövlət Yol Polisinin əməkdaşları tərəfindən xəstəxanaya aparılıb.

 

Faktla bağlı araşdırma aparılır.

 

İsa İsmayılov

Əli Ələkbər

APA TV

 

Müəllif | Apa.Tv
Apa.tv