Bakıda “Mazda” taksiyə çırpıldı - İKİ SƏRNİŞİN XƏSARƏT ALDI

Bakının Səbail rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA TV xəbər verir ki, hadisə Neftçilər prospektində qeydə alınıb.

Fərid Mahmudovun idarə etdiyi “Mazda” markalı avtomobilin qarşısına anidən taksi fəaliyyəti ilə məşğul “Kia” markalı avtomobil çıxıb. 

Zərbənin gücündən taksidə olan iki sərnişin xəsarət alıb.

Əraziyə Səbail Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Müəllif | Apa.Tv
Apa.tv