Bakıda məktəbdə DAVA: 10 yaşlı şagirdi döydülər
Bakıda orta məktəbdə şagird döyülüb.
Bu barədə Lent.az məlumat yayıb. Bildirilir ki, hadisə paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 139 saylı orta məktəbdə baş verib.
Məktəbin şagirdi 10 yaşlı Məhəmməd Vitali oğlu Budaqov naməlum şəxs və ya şəxslər tərəfindən döyülüb.
Bu barədə Qaradağ rayon Polis İdarəsinə şikayət daxil olub.
Daxil olan şikayət əsasında polisdə araşdırmalara başlanılıb.