Bakıda mənzil qiymətləri od tutub yanacaq – SƏBƏB - APA TV

Daşınmaz əmlak bazarında qiymət artımı nəzərə çarpır. Bahalaşma əsasən Bakı və Sumqayıtı əhatə edir. Hazırda Bakıda ipoteka predmetinə çevrilə bilən köhnə tikili binalarda bir otaqlı mənzillərin satış qiyməti 100 və 180 min manat arasında dəyişir. Güzəştli kreditlər maksimal 100 min, digər kreditlər isə maksimal 150 min manata qədər ayırılır. İpoteka predmetləri əvvəlki dövrlərdə əsasən çoxmənzilli binalara ayırılırdısa, hazırda çıxarışlı fərdi həyət evlərinin ipoteka ilə alınmasına maraq çoxalıb. Çünki bina evlərinə nisbətən fərdi həyət evini daha aşağı qiymətə əldə etmək mümkündür. İpoteka ilə mənzil alarkən ödəniş bank vasitəsilə aparılır. Bu da qiymət artımına səbəb olur. Ekspertlər hesab edir ki, ipoteka bazarında islahatların aparılmasına ehtiyac var. Bu islahatlar satışa çıxarılan əmlak, şərtlər və qiymətləndirməni əhatə etməlidir.

Müəllif | Apa.Tv
Apa.tv