Bakıda “Mercedes” piyadanı vuraraq öldürüb
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA Tv xəbər verir ki, hadisə Heydər Əliyev prospektinin Nərimanov rayonu ərazisinə düşən hissəsində qeydə alınıb.
35 yaşlı İlqar Abbasov piyada üçün müəyyən edilməmiş hissədən yolu keçərkən “Mercedes” markalı avtomobil tərəfindən vurulub. “Həmin nəqliyyat vasitəsinin vurduğu piyada hadisə yerində dünyasını dəyişib.
Hadisə şahidləri qəza anını belə xatırlayır
Qəza törədən sürücü hadisənin şokunda olduğu üçün müsahibə verməkdən boyun qaçırdı.
Ölümlə nəticələnən yol qəzası ilə əlaqədar hadisə yerinə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Meyit müayinə olunması üçün məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyinə aparılıb. Hadisə yerində avtotexniki ekspertiza təyin edilib. Qeyd edək ki, ölən şəxsin keçdiyi ərazinin yaxınlığında yeraltı piyada keçidi var. Həmin ərazidə bu cür hallar bir neçə dəfədir ki qeydə alınır. Prospektdə isə maksimal sürət həddi saatda 90 kilometrdir.