Bakıda minik avtomobili ilə yük maşını toqquşub – APA TV

Bakının Yasamal rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza maşın bazarının yaxınlığında qeydə alınıb. “Chevrolet” markalı minik avtomobili ilə yük maşını toqquşub. İdarəetmədən çıxan “Chevrolet” əvvəlcə işıq dirəyinə, daha sonra isə yük maşınına çırpılıb.

Nəticədə minik avtomobilinin sürücüsü və sərnişini ölüb. Daha iki nəfər ağır xəsarət alıb. Yarlılar xəstəxanaya çatdırılıb. Minik avtomobili deformasiyaya uğrayıb. Əraziyə polis əməkdaşları cəlb edilib.

Hadisənin təfərrüatı araşdırılır.

Müəllif | Apa.Tv
Apa.tv