Bakıda minik və yük maşınları toqquşdu, yolda tıxac yarandı

Sabunçu rayonunda yük maşını minik avtomobili ilə toqquşub.

 

APA TV xəbər verir ki, hadisə rayonun Nikolay Baybakov küçəsində qeydə alınıb.

Belə ki, sözügedən ərazidə dönmə əməliyyatı etmək istəyən “Daevo” markalı avtomobil,  Zabrat qəsəbəsi istiqamətində hərəkət edən yük maşının qarşısına çıxıb. Nəticədə yük maşını minik avtomobilinə çırpılıb.

 

Hadisə zamanı xəsarət alan olmayıb. Qəza nəticəsində avtomobillərə ciddi ziyan dəyməsə də yolda müvəqqəti tıxac yaranıb.

 

Hadisə yerinə Sabunçu rayon polis idarəsinin 12-ci polis bölməsinin əməkdaşları cəlb edilib.

 

Faktla bağı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv