Bakıda narkotik alverçisi tutuldu
Bakıda narkotik alverçisi tutulub.
DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsi əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri zamanı əvvəllər məhkum olunmuş paytaxt sakini Əbülfət Abuşov tutulub.
Onun üzərində hal şahidlərinin iştirakı şəxsi axtarış keçirilən zaman 2,817 qram narkotik vasitə heroin aşkar edilib. Saxlanılan şəxsin narkotik vasitələrin satışı ilə məşğul olduğuna dair polis əməkdaşlarında əsaslı şübhələr olduğundan əməliyyat tədbirlərinin davamı olaraq onun yaşadığı evə də əlavə olaraq baxış keçirilib. Oradan Əbülfət Abuşova məxsus narkotik vasitə və psixotrop maddələr olan 520,152 qram heroin, 8,044 qram metamfetamin, 56,559 qram tiryək və 1,64 qram metadon aşkarlanaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb və Əbülfət Abuşov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İstintaq-əməliyyat tədbirləri davam etdirilir.