Bakıda narkotik satan Gürcüstan vətəndaşı tutuldu

Bakıda narkotik vasitələrin satışı ilə  məşğul olan Gürcüstan vətəndaşı saxlanılıb.

 

DİN mətbuat xidmətindən APA TV-yə verilən xəbərə görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Suraxanıda keçirilən əməliyyat zamanı Bakı şəhərində müvəqqəti yaşayan Gürcüstan vətəndaşı Qabil Əliyev tutulub.

 

Onun əlindəki bağlamaya baxış zamanı 1 kiloqram 840 qram heroin və 1 kiloqram 5 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

 

Qabil Əliyev ifadəsində narkotik vasitəni şəxsiyyəti istintaqa hələlik məlum olmayan İran vətəndaşından satmaq niyyəti ilə aldığını bildirib.

 

Faktla bağlı cinayət işi başlanılıb.

Müəllif | Apa.Tv
Apa.tv