Bakıda narkotik satan şəxs tutuldu

Bakıda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.

 

DİN mətbuat xidmətindən APA TV-yə daxil olan məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin əməkdaşları tərəfindən 6-cı mikrorayon ərazisində keçirilən tədbir zamanı Astara rayon sakini Fərqan Əlili yaxalanıb.

 

Şəxsi axtarış zamanı onun əl çantasından 1 kiloqram heroin aşkar edilərək götürülüb.

 

Araşdırma zamanı müəyyən olunub ki, saxlanılan şəxs hələlik adı istintaqa məlum olmayan xarici ölkələrdən birinin vətəndaşının tapşırığı ilə qanunsuz yollarla Azərbaycan ərazisinə keçirilən külli miqdarda heroini qəbul edib və satışını təşkil etmək istəyib.

 

Fərqan Əlili barəsində istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.       

Müəllif | Apa.Tv
Apa.tv