Bakıda narkotik satan şəxs tutuldu
Paytaxtın Nizami rayonunda narkotik vasitələrin satışı ilə məşğul olan şəxsdən 4 kiloqram heroin və tiryək aşkar edilib.
DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, daxil olan əməliyyat məlumatı əsasında paytaxtın Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının həyata keçirdikləri tədbir zamanı əvvəllər məhkum olunmuş Ələddin Abdullayev saxlanılıb. Onun əlindəki selofan torbaya baxış zamanı 3 kiloqram 510 qram heroin və 495 qram tiryək aşkar edilərək götürülüb.
Araşdırma zamanı müəyyən edilib ki, Ələddin Abdullayev narkotik vasitələri tanışı xarici ölkələrdən birinin vətəndaşından satmaq məqsədi ilə əldə edib.
Faktla bağlı cinayət işi başlanılıb.