Bakıda narkotik satan şəxslər yaxalandı

Paytaxt ərazisində narkotik vasitələrin satışı ilə məşğul olan şəxslər saxlanılıb.

 

DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Nəsimi Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı paytaxt sakini Eldəniz Şərifov saxlanılıb.

 

Onun üzərindən 2,349 qram heroin aşkar olunaraq götürülüb. Eldəniz Şərifov ifadəsində narkotik vasitəni “Rəşad” adlı şəxsdən aldığını bildirib.

 

Polis əməkdaşları Bakı şəhər sakini Rəşad Kazımovu da idarə etdiyi “Hyundai” markalı avtomobillə birgə saxlayaraq Polis Şöbəsinə gətiriblər. Nəqliyyat vasitəsinə baxış zamanı saxlanc yerindən Rəşad Kazımova məxsus 335 qram heroin, 3.635 qram metamfetamin, 10,745 qram tiryək, 5 ədəd “Metodon” həbi və 2 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb.

 

Faktla bağlı cinayət işi başlanılıb.

Müəllif | Apa.Tv
Apa.tv