Bakıda nəqliyyat mübadilə mərkəzində dezinfeksiya işləri aparılıb
APA Tv xəbər verir ki,Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırığına əsasən, Koroğlu Nəqliyyat Mübadilə Mərkəzində dezinfeksiya işləri artırılıb.
Bu məqsədlə gecə saatlarında mərkəzdə dezinfeksiya işləri həyata keçirilib. Əvvələr burda işlər ilk növbdə həftədə 1 dəfə həyata keçirilirdi. Lakin indi həftədə 2 dəfə olmaqla dezinfeksiya işləri aparılır. İşlər əsasən gecə saatlarında, 2 nin yarısından etibarən başlayır.Sözügedən mərkəzdən gün ərzində təxminən, 300 mindən artıq sərnişin hərəkət edir. Dezinfeksiya işləri çərçivəsində peronlar, gözləmə zalları, sərnişinlərin birbaşa təmasda olduğu qurğu və avadanlıqlar dezinfeksiya edilib.
Eyni zamanda, Koroğlu Mübadilə Mərkəzinin ətrafında olan parkın yaşıllıq ərazisi, oturacaqlar da dezinfeksiya edilib.
Qeyd edək ki, hər gün gecə saatlarında marşrut avtobusları da daşıyıcı şirkətlər tərəfindən dezinfeksiya edilir. Gündəlik olaraq, hər gecə 2100 avtobusda dezinfeksiya işləri görülür. Bununla yanaşı, 3 minə yaxın taksi fəaliyyəti göstərən nəqliyyat vasitələri də şirkətlər tərəfindən dezinfeksiya edilib.
BNA-nın ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mais Ağayev taksi sürücülərini də bu işdə fəal olmağa çağırırıb.
Qeyd edək ki, Mərkəzin gözləmə zallarında sərnişin və sürücülər üçün xüsusi şəxsi dezinfeksiya məhlulları qoyulub.