Bakıda Od çərşənbəsində xoşagəlməz HADİSƏ
Bakıda ötən gün keçirilən od çərşənbəsində xoşagəlməz hadisə baş verib.
APA TV Lent.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsində qeydə alınıb. Binanın həyətində təşkil olunan çərşənbə tonqalı zamanı ağaclar da yanıb.
Yanğınla bağlı Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinə məlumat verilib. Xidmət əməkdaşları hadisə yerinə gələrək yanğının qarşısını alıblar.