Bakıda ödəmə terminalı oğurlandı - HADİSƏ ANI

Binəqədi rayonu ərazisində yerləşən marketlərdən birində quraşdırılan və içərisində 3953 manat pul vəsaiti olan “E-manat” ödəmə terminalı naməlum şəxslər tərəfindən oğurlanıb.

 

DİN mətbuat xidmətindən APA TV-yə Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 6-cı Polis Bölməsi əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər də məhkum olunmuş Məmməd Kazımov və Emil Həmzəyev saxlanılıb.  

 

Araşdırma zamanı müəyyən edilib k, bu şəxslər oğurluğa Məmməd Kazımovun idarə etdiyi “VAZ-21011” markalı avtomobillə gediblər. Hadisədən əvvəl onlar avtomobilin dövlət qeydiyyat nişanı dəyişdirmək üçün Sabunçu rayonunda başqa bir “Chevrolet” markalı nəqliyyat vasitəsinin nömrələrini oğurlayaraq öz maşınlarına bağlayıblar.

 

Onlar ödəmə terminalını Masazır qəsəbəsi ərazisində yerləşən qəbiristanlığın ərazisində qıraraq içərisində olan pulu ələ keçiriblər. Emil Həmzəyev hadisədən sonra oğurlanan pulun bir qismi ilə özünə məxsus “Khazar” markalı avtomobilin kredit borcunu ödəyib.

 

Qeyd edək ki, saxlanılan şəxslərin marketdən ödəmə terminalını oğurladığı anlar müşahidə kameraları vasitəsi ilə anbaan qeydə alınıb.

 

Bu şəxslərin elə həmin gün Nəsimi rayonunda yerləşən mağazalardan birindən 400 manat oğurladıqları da məlum olub.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv