Bakıda olan Zelenskinin ölkəsində qan axdı - KİYEVDƏ POLİSLƏ QARŞIDURMA
Kiyevdə torpaq islahatlarına etirazlar polislə qarşıdurmaya səbəb olub.
APA TV-nin “Reuters”ə istinadən məlumatına görə, 20 nəfər xəsarət alıb.
Ali Radanın qarşısında toplaşan minlərlə insan çadırlar qurmağa cəhd edib. Toqquşmada polis dəyənəklərdən istifadə edib, bibər qazı sıxılıb.
Hüquq mühafizə orqanlarının məlumatına görə, hadisə zamanı 17 polis yaralanıb. Onların daş və butulka zərbələrindən xəsarət aldığı bildirilir.
Ali Rada işini təxirə salıb.
Xatırladaq ki, torpaq islahatı Beynəlxalq Valyuta Fondunun (BVF) maliyyə yardımı ilə bağlı Ukrayna qarşısında qoyduğu əsas şərtlərdən biridir.
Qanunun qəbul edilməsini şəxsən Prezident Vladimir Zelenski və onun təmsil olunduğu “Xalqın xidmətçisi” partiyası dəstəkləyir. Layihənin əleyhdarlar isə “Batkıvşina”, Rusiyayönümlü “Müxalif platforma” və milliyyətçi “Azadlıq” partiyaladır.