Bakıda Pakistan günü qeyd olundu
Bu gün Pakistanın Azərbaycandakı səfirliyində Pakistan Günü münasibətilə bayraqqaldırma mərasimi keçirilib.
APA TV-nin verdiyi xəbərə görə, Pakistanda 1940-cı ildən qeyd olunan bu bayramda dövlət himninin sədaları altında Pakistanın dövlət bayrağı qaldırılır, Pakistan Silahlı Qüvvələrinin paradı keçirilir.
Səfirlikdə keçirilən mərasimdə Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bilal Hayee, Azərbaycanda yaşayan Pakistan vətəndaşları və digər şəxslər iştirak ediblər.
Tədbirdə çıxış edən səfir Bilal Hayee ölkəsinin dövlətçilik tarixindən danışıb. Səfirin çıxışından sonra Pakistana həsr olunan videoçarx qonaqlara təqdim olunub.