Bakıda piyadanı avtomobil vuraraq ağır vəziyyətə salıb

Prospektdə yolu keçən piyadanı avtomobil vurub.

APA xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki,  prospektdə piyada üçün müəyyən edilməmiş hissədən keçən 1986-ci il təvəllüdlü Quliyev Sərxan Həsən oğlunu “Vaz21 09” markalı avtomobil vurub. Piyada ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv