Bakıda "Porsche" qəza törədib
Bakının Nərimanov rayonunda 4 avtomobil toqquşub.
APA TV xəbər verir ki, hadisə Koroğlu Rəhimov küçəsində baş verib.
"Porsche" markalı avtomobil yüksək sürətlə əvvəlcə "Opel"ə, daha sonra hərəkətsiz dayanan "Hyundai" və "Toyota" markalı avtomobillərə çırpılıb. Qəza nəticəsində "Opel"də olan sürücü bədən xəsarətləri alıb.
"Hyundai" markalı nəqliyyat vasitəsinin sürücüsünün verdiyi məlumata görə, "Porsche" markalı avtomobil yüksək sürətlə hərəkətdə olub.
"Porsche"nin sürücüsü və sərnişini isə APA TV-nin hadisə yerində olan əməkdaşının suallarına cavab verməkdən imtina edib.