Bakıda professorun meyiti tapıldı
Bakıda evdən meyit tapılıb.
APA TV-nin məlumatına görə, fakt Keşlə qəsəbəsindəki evlərdən birində qeydə alınıb.
Qəsəbə sakini - 1953-cü il təvəllüdlü Məmmədova Gülyaz Alməmməd qızının meyitini qonşuları aşkar edib.
Gülyaz Məmmədova texniki elmlər doktoru, professor idi.