Bakıda “pub”da kütləvi dava - Baş rejissor və daha 2 nəfər tutuldu
Gecə saatlarında Bakı şəhər Yasamal rayonu ərazisində yerləşən “pub”da kütləvi dava baş verib.
Bu barədə Qafqazinfo.az saytı məlumat yayıb.
Məlumata görə, hadisə yerinə polis əməkdaşları cəlb edilib və 3 nəfər saxlanılaraq ərazi üzrə polis bölməsinə aparılıb. İlkin araşdırmalar nəticəsində həmin şəxslərdən birinin telekanallardan birinin baş rejissoru olması müəyyən edilib.
20
Faktla bağlı araşdırmalar davam etdirilir.