Bakıda qadın 11-ci mərtəbədən yıxılaraq öldü

Bakının Yasamal rayonunda ölümlə nəticələnən hadisə baş verib.

APA TV verir ki, rayonun Abdulvahab Salamzadə küçəsində 1979-cu il təvəllüdlü Məmmədova Elnarə Fərman qızı yaşayış binasının 11-ci mərtəbəsindən yıxılıb. 

O, hadisə yerində ölüb. Qadın mağazanın çardağına dəyərək, yerə düşüb.

Yasamal Rayon Polis İdarəsi və Prokurorluğun əməkdaşları hadisə yerinə cəlb olunub.

Müəllif | Apa.Tv
Apa.tv