Bakıda qadın müayinəyə getdiyi klinikada özünü öldürdü

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında intihar hadisəsi baş verib.

 

APA TV xəbər verir ki, klinikaya müayinəyə gedən 1986-cı il təvəllüdlü Aysel Xəlilova özünü xəstəxananın 10-cu mərtəbəsində eyvandan atıb. O, binanın 4-cü mərtəbəsinin eyvanına çırpılaraq vəfat edib.

 

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv