Bakıda qadın sürücü qəza törətdi: ölən var

 

Bakı şəhəri, Nəsimi rayonu ərazisində ölümlə nəticələnən qəza baş verib. 1985-ci il təvəllüdlü Yeganə Elçin qızı Babayeva idarə etdiyi BMV markalı avtomobil ilə Ceyun Hacıbəyli ilə Təbriz küçələrinin kəsişməsində hərəkətdə olarkən sürücü Kamran Əlsəfa oğlu Səmədovun idarə etdiyi mopedlə toqquşub. Nəticədə 1995-ci il təvəllüdlü Kamran Səmədov hadisə yerində ölüb. Faktla bağli Nəsimi RPİ-nin İstintaq Şöbəsində CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.

Müəllif | Apa.Tv
Apa.tv