Bakıda qadını döyərək telefonunu alan keçmiş məhkum yaxalandı – HADİSƏ ANI

Bakıda qadına qarşı soyğunçuluq edilib.

 

APA TV-nin məlumatına görə, aprelin 24-də saat 15 radələrində Suraxanı rayonu, Əmircan qəsəbəsində naməlum şəxsin qadının mobil telefonunu soyğunçuluq yolu ilə əlindən almasına dair polisə müraciət daxil olub.

 

Suraxanı rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 31-ci Polis Bölməsinin əməkdaşları tərəfindən hadisəni törətməkdə  şübhəli bilinən, əvvəllər məhkum olunmuş, 1972-ci il təvəllüdlü Elman Abidov saxlanılıb. 

 

Faktla bağlı başlanmış cinayət işi üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

Müəllif | Apa.Tv
Apa.tv