Bakıda qaraçılar xəstəxananı bir-birinə qatdılar

Bakıda uşaq sığınacağına hücum edilib. Ailəsi tərəfindən diləndirilən azyaşlılar dövlət himayəsinə götürüldükdən sonra onların valideynləri sığınacağın önünə toplaşaraq işçiləri ölümlə hədələyiblər. Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirib ki, ötən həftənin bazar günü mərkəzin sosial şəbəkə hesabına vətəndaş tərəfindən video, şəkil göndərilib. Videolardan uşaqların metronun “20 Yanvar” stansiyası ərazisində diləndikləri məlum olub. Dərhal aidiyyəti qurumlara bildirildikdən sonra biri qız, biri oğlan - iki uşaq sığınacağa gətirilib. Onların üzərində 11 manat aşkar edilib. Kəmalə Ağazadənin sözlərinə görə, uşaqlardan birinin valideyni özünü qazi olaraq təqdim edib. Lakin heç bir halda bu uşaqların istismar edilməsinə, digər şəxslərin hədələnməsinə icazə vermir. Kəmalə Ağazadə onu da bildirib ki, uşaqların hər ikisi təhsildən yayındırılıb, sığınacağa gətirilən 8 yaşlı oğlan uşağı indiyədək 10 dəfə polis nəzarətinə götürüldüyünü deyib. Qeyd edək ki, valideynləri tərəfindən diləndirilən uşaqlardan biri 8, digəri 9 yaşındadır.

Müəllif | Apa.Tv
Apa.tv