Bakıda qardaşlar arasında dava QANLA BİTDİ

Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yaşayan 35 yaşlı Səfərov Kamil Xəlil oğlu ilə qardaşı 34 yaşlı Emil arasında mübahisə düşüb.

 

APA TV Lent.az-a istinadən xəbər verir ki, mübahisə zəminində Kamil Emili bıçaqlayıb.

 

Yaralı dərhal xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı Suraxanı rayon Polis İdarəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv