Bakıda qatar qadını vurdu - VƏZİYYƏTİ AĞIRDIR
Bakıda qatar qadını vurub.
APA TV-nin məlumatına görə, hadisə Keşlə qəsəbəsi, "Çerment körpüsü" kimi tanınan ərazidə qeydə alınıb.
32 yaşlı qadın açıq kəllə-beyin travması ilə ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib.
Yaralının vəziyyəti kritikdir.