Bakıda qayda pozan sürücü qəza törədərək xəsarət aldı

Bakının Yasamal rayonunda 2 avtomobilin toqquşması zamanı 1 nəfər xəsarət alıb.

APA TV xəbər verir ki, qəza Abbas Mirzə Şərifzadə küçəsində baş verib.

"Hyundai" markalı avtomobilin sürücüsü geriyə dönmə əməliyyatı etmək istəyib. Bu zaman qarşıdan gələn "Dodge" markalı nəqliyyat vasitəsi "Hyundai"-a çırpılıb.

Nəticədə "Dodge" markalı minik maşının sürücüsü ayağından xəsarət alıb.

İlkin məlumata görə, qəzaya "Dodge" markalı avtomobilin dönmə əməliyyatı edən "Hyundai" markalı nəqliyyat vasitəsinə yol verməməsi səbəb olub.

Əraziyə Yasamal Rayon Polis İdarəsinin və DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv