Bakıda qayda pozan sürücü yol polisinə bıçaq çıxardı - HADİSƏ ANI

Bakıda yol polisinə hücum olub. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən APA TV-yə verilən məlumata görə, hadisə Bakı-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun paytaxtın Qaradağ rayonu ərazisindən keçən 68-ci kilometrliyində baş verib. Qabaq şüşəsinə sayrışan işıqlar quraşdırıldığına görə Yol Patrul Xidmətinin inspektorları tərəfindən saxlanılan minik avtomobilinin sürücüsü, 1995-ci il təvəllüdlü Bakı şəhər sakini Mirsamir Seyidzadə əməkdaşların qanuni tələblərinə qəsdən tabe olmayaraq əlindəki bıçaqla polis əməkdaşına xəsarət yetirməyə cəhd edib. Lakin Yol Patrul Xidmətinin inspektoru polis baş serjantı Anar İbrahimovun cəld hərəkəti və çevikliyi nəticəsində Mirsamir Seyidzadə zərərsizləşdirilərək istifadə etmək istədiyi soyuq silahla birlikdə istintaq orqanlarına təhvil verilib.

Müəllif | Apa.Tv
Apa.tv