Bakıda Qazaxıstanın Türküstan şəhərinin təqdimatı keçirilib

 

Bakıda Qazaxıstanın Türküstan şəhərinin təqdimatı keçirilib.

 

APA TV-nin məlumatıına görə, Türküstan Turizm Mərkəzinin təşkilatçılığı ilə “Boulevard Hotel”də baş tutan tədbirdə türk dünyasının tarixi və mədəni mərkəzlərindən biri olan Türküstanın turizm potensialı, iki şəhər arasında işgüzar əlaqələrin genişləndirilməsi və turizm sahəsinin inkişafında ikitərəfli əməkdaşlığın inkişaf məsələlərindən bəhs olunub.

 

Tədbirdə Türküstan Turizm Mərkəzi, “Quanysh” Turizm Agentliyi və “Tourism World” şirkətinin nümayəndələri çıxış ediblər.

Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək İctimai Birliyinin sədri Ruslan Quliyev bildirib ki, bu kimi tədbirlər türkdilli ölkələrin ortaq turizm modelinin inkişafına müsbət təsir göstərəcək: “Azərbaycan hazırda Müasir İpək Yolu layihəsində iştirak edir. Bu layihədə dörd ölkə - Qazaxıstan, Azərbaycan, Qırğızıstan və Türkiyə iştirak edir. Ortaq tarixlərlə bağlı, sərgilərlə bağlı əsas qayəsi bundan ibarətdir ki, ilkin olaraq dörd türkdilli dövlətlərin ortaq bir turpaketinin dünya turistlərinə çatdırılmasıdır. Gördüyünüz kimi, təqdimatda da müxtəlif tur paketlər, maraqlı turizm marşrutlar təqdim olundu”.

 

Daha sonra iştirakçılar Türküstan şəhəri ilə bağlı videoçarx izləyiblər.

Xatırladaq ki, Türküstan şəhəri Qazaxıstanın cənub hissəsində, Sırdərya çayının yaxınlığında yerləşir.

Müəllif | Apa.Tv
Apa.tv