Bakıda qeyri-adi olay: Yolun hər iki tərəfində eyni vaxtda qəza oldu

Bakı kənar dairəvi yolunda əks istiqamətlərdəki hərəkət zolağında eyni nöqtədə, eyni vaxtda avtomobil qəzaları baş verib.

Paytaxt istiqamətində hərəkətdə olan “Hyundai Santa Fe” markalı avtomobilə arxadan gələn “Nissan X-Trail” markalı avtomobil çırpılıb.

Qəzaya baxmaq üçün yolun əks istiqamətində dayandırılan avtomobillə isə “İsuzu” markalı kiçik həcmli yük avtomobili toqquşub.  Hazırda Bakı-Sədərək yolunda tıxac müşahidə edilir.

Müəllif | Apa.Tv
Apa.tv