Bakıda quldur basqını - KASSANI APARDI
Bakıda quldur basqını olub.
APA TV-nin Daxili İşlər Nazirliyi (DİN) mətbuat xidmətinə istinadən məlumatına görə, Cavadxan küçəsində fəaliyyət göstərən şirniyyat dükanına girən şəxs satıcıları bıçaqla qorxudaraq kassadakı 950 manatı, sonra isə dükandakı 25 manat dəyərində spirtli içkini götürərək uzaqlaşıb.
Polis həmin şəxsi “isti izlərlə” yaxalayıb. Paytaxt sakini Arzu Abdullayev saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb. Bu şəxslə bağlı şikayəti olan varsa, polisə müraciət edə bilər.