Bakıda rəsm qalereyasında yanğın baş verib
Bakının Səbail rayonunda yanğın baş verib.
APA TV xəbər verir ki, hadisə Kiçi Qala küçəsi 82 ünvanında qeydə alınıb.
Mənzil 3-də yerləşən kondisenerdə elektrik qısaqapanması səbəbindən alov yaranıb.
Nəticədə üç otaqlı mənzildə olan rəsm əsərləri yanıb. Hazırda əraziyə FHN-in yanğından mühafizə xidmətin əməkdaşları cəlb edilib.
Alov söndürülüb və soyutma işləri aparılıb.
Qeyd edək ki, mənzil incəsənət qalereyasına məxsusdur.