Bakıda şaxta olacaq, dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq

Sabah Bakıda və Abşeron yarımadasında  havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq. 

 

Milli Hidrometeorologiya Xidmətindən APA TV-yə verilən məlumata görə, havanın temperaturunun  Bakıda və Abşeron yarımadasında gecə 0-2 dərəcə şaxta, gündüz 5-7 dərəcə isti olacağı gözlənilir.

 

Atmosfer təzyiqi normadan yüksək 775 mm civə sütunu,  nisbi rütubət  gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək. 

 

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. 

 

Havanın temperaturu  gecə 2-7 dərəcə şaxta, gündüz  4-7 dərəcə isti, dağlarda gecə 10-15, yüksək dağlıq ərazilərdə 18-23, gündüz 0-5 dərəcə şaxta olacaq. Dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı gözlənilir.

 

Tibbi-meteoroloji proqnoza görə, yanvarın 22-də meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir. 

 

Müəllif | Apa.Tv
Apa.tv