Bakıda sərnişin avtobusu yandı
Bakı şəhərinin Sabunçu rayonunda “İveco” markalı sərnişin avtobusunun yanar hissələri yanıb.
Fövqəladə Hallar Nazirliyindən APA TV-yə verilən xəbərə görə, yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bakı Nəqliyyat agentliyinin mətbuat katibi Mais Ağayev isə APA TV-yə bildirib ki, yanğın səhər saatlarında “BakuBus” MMC-nin istismarında olan 24 nömrəli müntəzəm marşrut xətti üzrə 99 JH 246 Dövlət Qeydiyyat Nişanlı avtobusda baş verib.
Yanğın zamanı sürücü təlimata uyğun davranaraq dərhal sərnişinləri təxliyə edib. Nəticədə sərnişinlər arasında xəsarət alan olmayıb.
Hazırda hadisə ilə bağlı müvafiq araşdırmalar aparılır.